Ana Sayfa > Ölkə > Zöhrab Salayev: “Böyük Qələbənin müjdəsi Cəbrayıldan gəldi

Zöhrab Salayev: “Böyük Qələbənin müjdəsi Cəbrayıldan gəldi


5-10-2021, 11:00. Yazar: admen
Zöhrab Salayev: “Böyük Qələbənin müjdəsi Cəbrayıldan gəldi

Azərbaycan xalqı qədim tarixə malik olan bir xalqdır. Bu tarixdə bir çox şərəfli anlar, önəmli hadisələr olub, parlaq qələbələr olub. Lakin etiraf olunmalıdır ki, Azərbaycan özünün ən vacib, ən əhəmiyyətli qələbəsini məhz XXI əsrin ikinci onilliyində, Vətən müharibəsində əldə edib. Məhz bu tarixi Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu, erməni qəsbkarları 30 il işğal altında saxladıqları torpaqlarımızdan birdəfəlik qovuldular. Bu möhtəşəm Zəfərin ilk müjdəsi isə bir il bundan öncə Cəbrayıl şəhərindən gəldi. 2020-ci il oktyabr ayının 4-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhərinin işğaldan azad edilməsini elan etdi.

Otuz il ərzində dünya birliyi Qarabağ probleminə göz yumdu, vasitəçilik missiyasını öz üzərilərinə götürmüş beynəlxalq qurumlar isə münaqişəni həll etmədilər. Əksinə, ermənipərəst qüvvələrin təsiri altında olan bu təşkilatlar status-kovunun mümkün qədər uzun müddət davam etməsinə çalışdılar. Hətta BMT Təhlükəsizlik Şurası belə qəbul etdiyi qətnamələrin icrasına Ermənistanı məcbur edə bilmədi. Azərbaycan isə bütün bu illər ərzində danışıqlarda konstruktiv mövqedən çıxış eldi. Əvəzində, təcavüzkarın tamahı daha da böyüdü, yeni torpaqları işğal etmək iddiasına düşdü və Azərbaycana yeni hücumlar etdi. Nəhayət, 2020-ci il sentyabr ayının 27-də erməni təxribatlarının qarşısını birdəfəlik almaq və torpaqlarımızı işğaldan azad etmək üçün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu hərbi əməliyyatlara başladı. Xalqın birliyindən güc alan qəhrəman ordumuz cəmi 44 gün ərzindən işğalda olan torpaqlarımızı düşməndən azad etməklə ölkənin ərazi bütövlüyünü bərpa etdi. Beləliklə, BMT Təhlükəsizlik Şurasının illər uzunu kağız üzərində qalan qətnamələrini Azərbaycan təkbaşına icrasını təmin etdi.

Vətən müharibəsinin gedişində Şanlı Ordumuz çox şərəfli qələbələrə imza atdı. Lakin onların sırasında Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət kəsb edir. Hərbi əməliyyatların gedişində Azərbaycan Ordusu müharibənin artıq ik günü, 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərini, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etdi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 80 kənd işğaldan azad edildi.

Bununla da Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Cəbrayılın azad olunması Azərbaycan Ordusunun böyük şücaətinin və Ali Baş Komandanımızın qüsursuz hərbi strategiyasının nəticəsidir.

Məlum olduğu kimi, 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi. Lakin ordumuzun bu güc göstərisi ermənilərə dərs olmadı. Buna görə də Azərbaycan Ordusu 2020-ci ildə Cəbrayıldan başlamaqla qısa zaman ərzində bütün torpaqlarımızı işğaldan azad etdi. müharibə

başlayandan cəmi bir həftə sonra Cəbrayılın azad edilməsi işğalçı Ermənistanın silahlı qüvvələri üçün sarsıdıcı zərbə oldu və orduda çox böyük ruh düşkünlüyünə gətirib çıxardı. Bununla da Cəbrayılın azad edilməsi sonrakı rayonlarımızın azad edilməsinə ciddi təsirini göstərdi.

Zöhrab Salayev
Lerik Rayon Təhsil Şöbəsinin müdiri,
YAP Lerik rayon təşkilatı Ağsaqqallar Şurasının üzvü

AIA.Az

Geri dön