Ana Sayfa > Seçki 2024 > Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının rəhbərliyi və fəalları şəhidin yas mərasimdə iştirak ediblər

Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının rəhbərliyi və fəalları şəhidin yas mərasimdə iştirak ediblər


5-10-2021, 16:32. Yazar: sevinc1
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının rəhbərliyi və fəalları şəhidin yas mərasimdə iştirak ediblər

Sabirabadda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəman oğullarımızdan biri şəhid Hüseyinli Ağa Aydın oğlunun anım günü qeyd olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Sabirabad rayon təşkilatının rəhbərliyi və fəalları, rayon ictimaiyyətinin nümayəndələri Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsindəki döyüşlərdə qəhrəmancasına şəhid olan Sabirabad rayonu Moranlı kənd sakini, şəhid Hüseynli Ağanın şəhadətinin ildönümünə həsr olunmuş mərasimdə iştirak ediblər.

Tədbir iştirakçıları şəhidin valideynlərinə dərin hüznlə başsağlığı verib, əziz xatirəsini ehtiramla yad ediblər.

Allah bütün şəhidlərimizə rəhmət etsin!

aia.az
Geri dön