Ana Sayfa > Karusel / Gündəm > Hüseyniyyə məscidi COVİD-19 virusuna görə bağlanıb -
Hüseyniyyə məscidi COVİD-19 virusuna görə bağlanıb -5-10-2021, 15:25. Yazar: sevinc1 |
Bakıda fəaliyyət göstərən Hüseyniyyə məscidi bağlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri polis polkovniki Ehsan Zahidov Trend-ə açıqlamasında bildirib ki, təhlillər nəticəsində müəyyən edilib ki, şəhərin bir neçə yerində son günlər COVID-19 virusuna yoluxanların sayı artıb: “Həmin yerlərdən də birinin Hüseyniyyə məscidi olduğu məlum olub. Buna görə də həmin yerlər, o cümlədən də məscidin fəaliyyəti dayandırılıb. Hazırda orada epidemioloji xidmət tərəfindən müvafiq tədbirlər görülür”. aia.az Geri dön |