Ana Sayfa > Seçki 2024 > Şagirdləri Səlbi Rzayevanı təbrik edirlər!

Şagirdləri Səlbi Rzayevanı təbrik edirlər!


4-10-2021, 10:06. Yazar: sevinc1
Şagirdləri Səlbi Rzayevanı təbrik edirlər!


Hər il olduğu kimi, bu il də oktyabr ayının 5-də ölkəmizdə Müəllim günü ən əziz bayramlardan biri kimi qeyd olunur. Bu bayram günü şagirdlər və tələbələr onların qalib xalqımıza, ölkəmizə və dövlətimizə layiqli vətəndaş kimi böyüyüb formalaşmalarında böyük zəhmətləri, əvəzsiz rolu olmuş sevimli müəllimlərini sonsuz səmimiyyətlə təbrik edirlər.

Ömrünü övladlarımızın təlim-tərbiyəsinə həsr etmiş belə müəllimlərdən biri də Bakı şəhəri, Binəqədi qəsəbəsində yerləşən 205 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Rzayeva Səlbi Sehriman qızıdır. Qeyd edək ki, Səlbi müəllimə ömrünün 27 ildən artıq bir hissəsini məhz bu peşəyə həsr edib və məktəbin qabaqcıl müəllimlərindən biridir. Hal-hazırda da Səlbi müəllimə məktəbin 2b sinfində öz şagirdlərinə elm və bilik xəzinəsinin incilərini bir-bir təqdim etməkdədir.

Bu gün 205 saylı məktəbin 2b sinfində oxuyan əziz nəvəmiz Züleyxa 5 oktyabr Müəllim günü münasibətilə bütün sinif dostları ilə birlikdə Səlbi müəlliməni ürəkdən təbrik edir və sevimli müəllimlərini hər zaman öz uğurları ilə sevindirəcəklərinə söz verirlər!

aia.az
Geri dön