Ana Sayfa > Ölkə > Hacıqabulda sərnişin avtobusu yük maşını ilə toqquşub, yaralananlar var

Hacıqabulda sərnişin avtobusu yük maşını ilə toqquşub, yaralananlar var


2-10-2021, 17:59. Yazar: admen
Hacıqabulda sərnişin avtobusu yük maşını ilə toqquşub, yaralananlar var

Hacıqabulda ağır yol qəzası baş verib.

AİA.Az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun 395-ci kilometrliyində rayon ərazisində qeydə alınıb.

Belə ki, iritutumlu sərnişin avtobusu ilə yük maşını toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 10 nəfər yaralanıb. Hadisə yerinə Şirvan, Hacıqabul, Sabirabad rayonlarının təcili yardım maşınları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.
Geri dön