Ana Sayfa > Manşet / Siyasət > Zığ-Hövsan yolunun yenidən qurulmasına 4,9 milyon manat ayrılıb - SƏRƏNCAM

Zığ-Hövsan yolunun yenidən qurulmasına 4,9 milyon manat ayrılıb - SƏRƏNCAM


1-10-2021, 14:33. Yazar: sevinc1
Zığ-Hövsan yolunun yenidən qurulmasına 4,9 milyon manat ayrılıb - SƏRƏNCAM

Prezident İlham Əliyev Bakı şəhəri Suraxanı rayonunun Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, əlli səkkiz min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Zığ–Hövsan avtomobil yolunun yenidən qurulması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 4,9 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

AİA.Az
Geri dön