Ana Sayfa > Qərbi Azərbaycan > Həkim-travmatoloq: Erkən aşkarlanan yastıpəncəliyi konservativ üsullarla müalicə etmək mümkündür
Həkim-travmatoloq: Erkən aşkarlanan yastıpəncəliyi konservativ üsullarla müalicə etmək mümkündür1-10-2021, 11:59. Yazar: sevinc1 |
Yastıpəncəlik uşaqlar arasında geniş yayılan xəstəliklərdən biridir. Mütəxəssislərin fikrincə, bu, azyaşlılarda dayaq-hərəkət sistemi problemləri arasında ən geniş yayılan patologiyadır. Xəstəliyin əlaməti pəncə deformasiya olduğuna görə ayağın altının bütünlükdə yerə toxunmasıdır. Ayağın alt səthindəki medial qövsün azalması və ya tamamilə olmaması ayaq altının düzləşməsinə səbəb olur. Yastıpəncəliyin I, II və III dərəcələri var. Erkən aşkarlanan yastıpəncəliyi konservativ üsullarla müalicə etmək mümkündür. Bu barədə həkim-travmatoloq Müseyib Əhmədov məlumat verib. O bildirib ki, yastıpəncəliyin erkən aşkarlanmasına diqqət etmək lazımdır. Yastıpəncəliyin artması uşağın sosial həyatına təsir göstərir. Nəticədə uşaqlar sürətli və uzun müddət qaça bilmirlər, tez-tez yıxılırlar və baldırlarının arxa qrup əzələlərində ağrılar baş qaldırır. Bundan başqa, yastıpəncəlik inkişaf etdikdə diz oynağı və bud-çanaq oynağında ağrılar, hətta beldə onurğa əyrilikləri baş verir. Bu xəstəlik skalioz və kifozun artmasına səbəb olur. Ona görə də valideynlər çox diqqətli olmalıdırlar. Həkimə vaxtında müraciət etmək lazımdır. Fizioterapiya və reabilitasiya ilə erkən aşkarlanan yastıpəncəliyin inkişafının qarşısını almaq mümkündür. Belə olan halda, uşaqlara xüsusi ortopedik ayaqqabılar və ayaqqabı içlikləri təyin edilir. Lakin gec aşkarlanan yastıpəncəlik isə yalnız əməliyyatla müalicə oluna bilər”. AİA.Az Geri dön |