Ana Sayfa > Gündəm > Şanlı qələbəmiz Azərbaycan tarixinə qızıl hərflərlə həkk oldu
Şanlı qələbəmiz Azərbaycan tarixinə qızıl hərflərlə həkk oldu30-09-2021, 09:38. Yazar: sevinc1 |
Prezident İlham Əliyevin 27 sentyabr- Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncamı şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya cəbhəsində də misilsiz rəşadət göstərmişdi. 44 günlük müharibədə Ordumuzun Qəhrəmanlığı, Ali Baş Komandanın siyasi iradəsi,qətiyyətli mövqeyi nəticəsində ermənilərin və havadarlarının bölgədəki siyasətinin tam iflası ilə nəticələndi. Bütün təzyiqlərə, yalvarışlara, təhdidlərə baxmayaraq Azərbaycan qələbə qazandı, tarixi ədalət bərpa olundu. Vətən müharibəsində qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu.Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə əks-hücum əməliyyatlarına başlayaraq Müzəffər Ali Baş Komandanın Rəhbərliyi ilə 44 gün ərzində ölkənin ərazi bütövlüyünü bərpa etdi. 18 il ərzində Azərbaycanın Silahlı Qüvvələrində aparılan islahatlar, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğundakı davamlı, uğurlu fəaliyyətinin nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəman əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə göstərərək, bir yumruq kimi birləşərək, birlik və həmrəylik nümayiş etdirdilər, düşmənə sarsıdıcı zərbələr endirdilər. Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla erməni faşizmininin xislətini bütün dünyaya bir daha göstərdilər. Vətən müharibəsində həmvətənlərimizin bir çoxu şəhid olmuş, yaralanaraq sağlamlığını itirmişdir.Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir. Müzəffər Ordumuzun bu gün yazdığı tarix,qazandığı şanlı qələbə sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir. Bu 44 gündə bütün ölkə vətəndaşları bölgəsindən asılı olmayaraq hamısı qarabağlı idi. Xain düşmənin bombaladığı Tərtərin, Gəncənin, Bərdənin dinc sakinlərinin dərdini hamımız çəkirdik. Xalqımız "canımız, ev-eşiyimiz əsgərlərimizə qurbandır, təki yurdumuzu mənfur düşməndən azad etsinlər" - deyirdilər. Əsgərimiz necə qeyrət, şücaət göstərirdisə, arxada bütün xalqımız da elə səbr, təmkin qələbəyə inam nümayiş etdirirdi. Çünki xalq onun etimadını doğruldan Prezidentinə tamamilə inanırdı, güvənirdi. Tarixi qələbəmiz bu baxımdan mənəvi dünyamızı da çox zənginləşdirdi. Xalqın dövlətə və dövlətçiliyə bağlılıq telləri daha da möhkəmləndi. Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirmişdir: ’’Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar. Ermənistan ordusu bitdi, yoxdur və olmamalıdır. Rəsmi İrəvanın revanşist cəhdləri sadəcə intihar- Ermənistan dövlətçiliyinin sonu ola bilər. Ermənistan bundan sonra öz gələcəyi haqqında düşünərkən gərək qonşu ölkələrin torpaqları haqqında xəyallara qapılmasın”. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Dövlətimizin qətiyyəti, ordumuzun gücü, xalqımızın misilsiz dəstəyi sayəsində əldə olunan bu möhtəşəm qələbə, əlbəttə ki, tariximizin şanlı zəfəri kimi gələcək nəsillərin xatirəsində əbədi yaşayacaq. Xalqımız hər zaman 27 Sentyabr – Anım gününü böyük ehtiram və hörmətlə yad edəcək, öz canı-qanı bahasına Şanlı Zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsini daim uca tutacaqdır! Elsevər Umudov ,YAP Saatlı rayon təşkilatının məsul işçisi Geri dön |