Ana Sayfa > İdman > Benzema Raulu geridə qoydu

Benzema Raulu geridə qoydu


29-09-2021, 17:01. Yazar: sevinc1
Benzema Raulu geridə qoydu

"Real"ın futbolçusu Kərim Benzema yeni uğura imza atıb.

aia.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı hücumçu buna Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda evdə "Şerif"ə 1:2 hesabı ilə uduzduqları oyunda fərqlənməklə nail olub. 64-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən fransalı hücumçu turnirdə 72-ci qolunu vurub.

Beləliklə, o, Madrid təmsilçisinin sabiq oyunçusu Raul Qonsalesi (71 qol) geridə qoyaraq ÇL-də ən çox qol vuran 4-cü fubolçu olub. Hazırda Benzema yalnız Kriştiano Ronaldo (136), Lionel Messi (120) və Robert Levandovskidən (75) geri qalır.

aia.az
Geri dön