Ana Sayfa > Siyasət > Gürcü politoloq: “Ermənilər bir millət kimi məhv olmaqdan qorxurlar”

Gürcü politoloq: “Ermənilər bir millət kimi məhv olmaqdan qorxurlar”


2-05-2016, 19:39. Yazar: admin
Gürcü politoloq: “Ermənilər bir millət kimi məhv olmaqdan qorxurlar”





“Aprel ayında Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verənlər, xüsusən də Azərbaycan Ordusunun qələbəsi Ermənistanda birmənalı qarşılanmayıb. Bu ölkənin əhalisi ciddi qorxu içərisindədir”.
Bunu “Report”a müsahibəsində Gürcüstanın “Azad zona” qeyri-hökumət təşkilatının sədri, politoloq Qela Vaşadze söyləyib.
Q.Vaşadze deyib ki, aprel hadisələrindən sonra qorxu, vahimə içərisində olan sadə xalq bu müharibəni uduzmağı qəbul edə bilmirlər: “Düşünürlər ki, əgər müharibəni uduzsalar, bir xalq və dövlət kimi məhv olacaqlar”.
Politoloqun fikrincə, buna səbəb uzun illər Ermənistanda aparılan antitürk, anti-Azərbaycan ideologiyası və məktəblərdə bu ideologiyanın tədris olunmasıdır: “Ermənistanda hesab edirlər ki, qondarma “erməni soyqırımı” davam edir. Onlar sanki hələ də XIX əsrdə yaşayırlar. Bu da xalqın, sadə insanların nə qədər geridə qaldığını göstərir”.
Onun sözlərinə görə, belə vəziyyət indiki hakimiyyəti qane edir. Bu, onlara hakimiyyətlərini qoruyub-saxlamağa imkan verir. Amma buna baxmayaraq, indi cəmiyyətdə ciddi dönüş yaradılması istiqamətində iş gedir. Ekspertlər və siyasi analitiklər hesab edirlər ki, Ermənistanda ciddi dəyişikliyə ehtiyac var. Hakimiyyətin idarə olunmasında, dövlət quruluşunda, cəmiyyətin inkişafında dəyişiklik olmalıdır. İnsanların sosial-psixoloji durumu, düşüncə tərzi dəyişməlidir. Məhz bundan sonra erməni xalqının regional və beynəlxalq münasibətlərə baxışı dəyişə bilər və bundan sonra münaqişənin tam həllinə nail olunacaq.
“Ekspertlər hesab edirlər ki, münaqişənin ədalətli həllinə nail olmaq üçün vasitəçilərin mövqelərində dəyişiklik olmalıdır”, - deyə Q.Vaşadze vurğulayıb.

aia.az
Geri dön