Ana Sayfa > Manşet / Siyasət > Prezident İlham Əliyev Ermənistanın vəhşi və düşmən simasını bir daha ifşa etdi - TƏHLİL
Prezident İlham Əliyev Ermənistanın vəhşi və düşmən simasını bir daha ifşa etdi - TƏHLİL29-09-2021, 09:34. Yazar: sevinc1 |
![]() Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sesiyasında geniş formatda çıxış edərək bir çox məsələləri dünya ictimaiyyətin diqqətinə çatdırdı. Prezident hər bir məsələ barədə auditoriyanı faktlarla tanış etdi. Azad olunmuş ərazilərimizin işğaldan əvvəl və sonrakı vəziyyəti, ərazilərimizdə törədilən ekoloji terror, dini və mədəni abidələrimizin dağıdılması faktlarına ölkə başçısı öz çıxışında aydınlıq gətirərək Ermənistanın vəhşi və düşmən simasını bir daha ifşa etmiş oldu. Eyni zamanda Prezident İlham Əliyev COVID-19-la səmərəli mübarizə üçün qısa müddətdə ölkəmizdə təkmil infrastrukturun yaradılmasını sessiya iştirakçılarının diqqətinə çatdırdı. Prezidentin çıxışını Trend-ə şərh edən Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bildirib ki, Prezident İlham Əliyev BMT-nin Baş Assableyasının 76-cı sesiyasında həm dünyada, həm də regionumuzda baş verən qlobal hadisələrə obyektiv münasibət bildirməklə yanaşı, həm də konstruktiv təkliflərlə çıxış etdi. Komitə sədri bildirib ki, Prezident İlham Əliyev BMT-nin yüksək kürsüsündən bütün dünyaya açıq şəkildə Ermənistanın Azərbaycana və azərbaycanlılara qarşı törətdiyi cinayətlər, Ermənistan tərəfindən işğal edilmiş ərazilərin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməsini və BMT Nizamnaməsini əsas götürərək azad edilməsi və yüz minlərlə azərbaycanlının öz dogma yurdlarına qayıtması üçün həyata keçirilən layihələr barədə məlumat verdi. B.Əliyev vurğulayıb ki, Prezident İlham Əliyev öz çıxışında erməni faşizmini ifşa etdi, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqrımı, etnik təmizləmə siyasətini faktlarla beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı: “Cənab Prezident qətiyyətlə bəyan etdi ki, münaqişə artıq həll edilib. Bu gün yalnız əməkdaşlıqdan, quruculuqdan söhbət gedə bilər. Ermənistanı, erməni faşizmini qızışdıraraq Azərbaycanı təyziq altında saxlamaq istəyən xarici qüvvələr də, Ermənistan da bu reallığı qəbul etməyə məhkumdur. Əks halda, istənilən aqressiya, revanşizm “Dəmir Yumruq”la qətiyyətlə məhv ediləcəkdir”. AİA.Az Geri dön |