Ana Sayfa > Ölkə > Sabirabad rayonunda şəhidin il mərasimi keçirildi
Sabirabad rayonunda şəhidin il mərasimi keçirildi28-09-2021, 19:06. Yazar: sevinc1 |
![]() Bu gün Sabirabadın Zəngənə kəndindən olan şəhidin - Nağıyev Fərid Poladxan oğlunun il mərasimi keçirilib. Mərasimdə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı, YAP Sabirabad rayon təşkilatının rəhbərliyi və fəalları, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər. İştirakçılar əvvəlcə şəhidin məzarını ziyarət edib, önünə tər çiçəklər düzərək, dualar oxuyublar. Sonra iştirakçılar şəhid Nağıyev Fəridin yaşadığı ünvana gələrək şəhidin ailə üvzləri ilə görüşüb, ailəsinə baş sağlığı veriblər. Sabirabad RİH başçısı Siraqəddin Cabbarov və YAP Sabirabad rayon təşkilatı şəhidlərimizin ailə üzvlərinin qayğıları, problemləri ilə maraqlanıb. Allah şəhidlərimizə rəhmət eləsin! aia.az Geri dön |