Ana Sayfa > Ölkə > Ata Abdullayevin məhkəməsinin vaxtı məlum oldu
Ata Abdullayevin məhkəməsinin vaxtı məlum oldu28-09-2021, 14:06. Yazar: sevinc1 |
![]() Hədə qorxu ilə tələb etməkdə təqsirləndirilərək həbs edilən bloger Ata Abdullayevin cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub. Trend-in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək məhkəmə prosesinin hazırlıq iclası oktyabrın 8-ə təyin olunub. Prosesə hakim Fikrət Qəribov sədrlik edəcək. Cinayət işi üzrə 4 nəfər zərərçəkmiş qismində tanınıb. Xatırladaq ki, A.Abdullayev bu ilin mart ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. O Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə təqsirli bilinərək barəsində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. aia.az Geri dön |