Ana Sayfa > Manşet / Siyasət > Putin və Ərdoğan Cənubi Qafqazda vəziyyəti müzakirə edəcəklər
Putin və Ərdoğan Cənubi Qafqazda vəziyyəti müzakirə edəcəklər28-09-2021, 13:36. Yazar: sevinc1 |
![]() Sentyabrın 29-da Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin görüş zamanı ticari-iqtisadi tərəfdaşlıq məsələlərini, Suriya, Livan, Əfqanıstan və Cənubi Qafqazda vəziyyəti müzakirə edəcəklər. aia.az-ın məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti bildirib. Liderlər bir sıra aktual beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparacaqlar. Qeyd edək ki, R.T.Ərdoğan sentyabrın 29-da Rusiyaya səfər edəcək. İki ölkə prezidenti arasında görüş Soçi şəhərində keçiriləcək. aia.az Geri dön |