Ana Sayfa > İqtisadiyyat > İlin əvvəlindən Ceyhan terminalından yola salınan AÇG neftinin həcmi açıqlanıb
İlin əvvəlindən Ceyhan terminalından yola salınan AÇG neftinin həcmi açıqlanıb28-09-2021, 09:10. Yazar: sevinc1 |
Türkiyənin "BOTAŞ International Limited" (BIL) şirkəti 2021-ci ilin əvvəlindən Ceyhan neft terminalından "Azəri-Çıraq-Günəşli" (AÇG) nefti daşıyan 201 tanker və ya 145,7 milyon barel neft yola salıb. Trend bu barədə şirkətə istinadən məlumat verir. Bu günədək terminaldan AÇG 3,716 milyard barel neft nəql edilib. Ümumilikdə, Ceyhan neft terminalından AÇG yatağından neft daşıyan 4 860 tanker yola salınıb. aia.az Geri dön |