Ana Sayfa > Şou-biznes > Koronavirusa yoluxmuş “Aşıq Yedigar”ın vəziyyəti necədir? - Özü danışdı
Koronavirusa yoluxmuş “Aşıq Yedigar”ın vəziyyəti necədir? - Özü danışdı28-09-2021, 09:30. Yazar: sevinc1 |
Koronavirusa yoluxmuş Şuşa Musiqili Dram Teatrının rəhbəri, Əməkdar artist Yadigar Muradovun səhhəti pisləşdiyindən Zığ qəsəbəsindəki Modul Tipli Xəstaxanaya yerləşdirlib. AİA.Az yenisabah.az-a istinadən xəbər verir ki, Y.Muradov özünün hazırkı vəziyyəti ilə bağlı Modern.az-a açıqlama verib. O, vəziyyətinin orta-stabil olduğunu söyləyib: "Vəziyyətim orta- stabildir. Modul tipli xəstəxanda yatılı vəziyyətdə müalicə alıram". Qeyd edək ki, Y. Muradov 1990-cı ildən Şuşa Dövlət Musiqili Dram Teatrının direktorudur. O, vaxtilə ANS televiziyasında yayımlanan "Qulp" verilişinin aparıcı obrazlarından biri - "Aşıq Yedigar" kimi tanınıb. Geri dön |