Ana Sayfa > Təhsil > UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə tədbir: Şəhidlər ölməz, Vətən bölünməz

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə tədbir: Şəhidlər ölməz, Vətən bölünməz


27-09-2021, 17:22. Yazar: sevinc1
UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə tədbir: Şəhidlər ölməz, Vətən bölünməz

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial-İqtisadi Kollecdə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib.

Bu barədə aia.az-a Sosial-İqtisadi Kollecdən məlumat verilib. Bildirilib ki, Anım Günü tədbiri kollektivin Sabunçu rayonunda yerləşən Şəhidlər xiyabanını ziyarət etməsilə başlanıb.

Daha sonra kollecin həyətində təşkil olunan tədbirdə direktor Vidadi Orucov çıxış edərək bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinə şərəflə yazılıb. İkinci Qarabağ müharibəsi dövründə xalqımız Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək öz sözünü dedi.

Direktor vurğulayıb ki, sentyabrın 27-dən başlanan Vətən müharibəsi xalqımızın 30 illik həsrətinə son qoydu. Bu müharibədə ölkəmizə siyasi-mənəvi dəstək göstərən qardaş Türkiyəyə və xalqına, eləcə də Pakistana təşəkkür edirik.

Kollecin şəhid olmuş tələbələri və qaziləri haqqında danışan direktor onların valideynlərinə belə qəhrəman övladlar böyütdükləri üçün minnətdarılığını bildirib.

Daha sonra tədbirdə kollecin tarix müəllimi Qələndər Muxtarlı, Birinci Qarabağ müharibəsi iştirakçısı Eldəniz Əbdülov, hüquq müəllimi Eynulla Musayev və YAP-ın ilk ərazi təşkilatının sədri Natiq Musayev çıxış edərək zəfər yolundan, müzəffər ordumuzun qəhrəmanlığından, xalqımızın əzmindən, Ali Baş Komandanın dəmir iradəsindən söhbət açıblar.

Sonda kollecin tələbələri Fatimə Novruzova və Ləman Niftəliyeva çıxış ediblər.

aia.az
Geri dön