Ana Sayfa > Ölkə > Azərbaycanda 558 nəfər COVID-19-a yoluxub, 19 nəfər vəfat edib
Azərbaycanda 558 nəfər COVID-19-a yoluxub, 19 nəfər vəfat edib27-09-2021, 17:11. Yazar: sevinc1 |
![]() Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 558 yeni yoluxma faktı qeydə alınıb, 1241 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 481 401 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 452 968 nəfər müalicə olunaraq sağalıb, 6 476 nəfər vəfat edib, aktiv xəstə sayı 21 957 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 684, ötən müddət ərzində isə ümumilikdə 4 830 338 test aparılıb. aia.az Geri dön |