Ana Sayfa > Cəmiyyət > Bakıda iyrənc hadisə: 8 yaşlı uşağı zorladılar

Bakıda iyrənc hadisə: 8 yaşlı uşağı zorladılar


2-05-2016, 17:10. Yazar: admin


Bakının Nərimanov rayonunda orta məktəbdə cinayət hadisəsi baş verib. Aia.az Teleqraf.com-a xəbər verir ki, hadisə rayon ərazisində olan orta məktəblərdən birində qeydə alınıb.

Orta məktəbin sanitar qovşağında 2000-ci il təvəllüdlü N. P. və S. V. həmin məktəbdə oxuyan 2008-ci il təvəllüdlü T. İ.-yə qarşı seksual xarakterli hərəkətlər ediblər.

Azyaşlı oğlan baş verən hadisə ilə bağlı valideynlərinə danışıb. Bundan sonra azyaşlının valideynləri faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinə ərizə ilə müraciət edib. Faktla bağlı araşdırma aparılır.

Aia.az
Geri dön