Ana Sayfa > Şou-biznes > Mərhum müğənnini hələ də yerinə yetirilməyən vəsiyyəti

Mərhum müğənnini hələ də yerinə yetirilməyən vəsiyyəti


26-09-2021, 11:55. Yazar: admen
Mərhum müğənnini hələ də yerinə yetirilməyən vəsiyyəti

Türkiyənin məşhur müğənnisi Zeki Mürenin bacısı oğulları Sevtuğ Olqaç və Özlem Güner mərhumun ölüm ildönümündə onla bağlı bəzi məqamları açıqlayıb.

AİA.Az axşam.az-a istinadən xəbər verir ki, onlar Müren üçün söz verilən məzar abidəsinin edilmədiyini deyiblər.

Dayısının ölümündən 25 il keçsə də, acısının bitmədiyini deyən Sevtuğ "Hər ölüm ildönümündə önə çıxardığm məsələ odur ki, mirasını xeyriyyə işinə buraxdı. Bir vaxtlar onu bizə vəsiyyət etdiyi və bizim istəmədiyimiz durumdayıq. Amma onun ölümündən 1 ay əvvəl belə bir arada idik. Hər şeyi danışmışdıq. Onunla bağlı edilən işlərdə bizdən icazə alınmır. Zeki Mürenin həyatından bəhs edən "Sənət günəşi" adlı film çəkmək istəyirlər. Bizə bir dəfə belə soruşmadılar. Həm bələdiyyə rəhbərləri, həm də Bursadakı önəmli şəxslər onun xatirə abidəsinin ucaldılacağı demişdi. Onun məzarı da ora aparılacaqdı. Buna görə də biz dayımızı tabutda dəfn etdik. Həmin xatirə məzarı hələ də düşəldilməyib" söyləyib.

O bildirib ki, dayısına verilən söz hələ də tutulmayıb. Sevtuğ dayısının muzeyinin də hazırlanmadığını açıqlayıb.
Geri dön