Ana Sayfa > İdman > Şahmatçılarımızdan bürünc medal

Şahmatçılarımızdan bürünc medal


25-09-2021, 11:20. Yazar: admen
Şahmatçılarımızdan bürünc medal

Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışında Azərbaycan komandası bürünc medal qazanıb.

Azərbaycanı təmsil edən "Vüqar Həşimov" komandası 7-ci turda turnirin favoriti Makedoniyanın "Alkaloid" komandasını məğlub edib.

Xalların sayını 11-ə çatdıran komandamız 3-cü yeri tutub.

Xatırladaq ki, kişilərin yarışında 38 komanda mübarizə aparır.

AİA.Az
Geri dön