Ana Sayfa > Media > Sumqayıtda iki azyaşlı uşağın oğurlanması faktı yalandır - DİN

Sumqayıtda iki azyaşlı uşağın oğurlanması faktı yalandır - DİN


25-09-2021, 10:30. Yazar: admen
Sumqayıtda iki azyaşlı uşağın oğurlanması faktı yalandır - DİN

Sumqayıt şəhərində iki azyaşlının oğurlanması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə, hadisə Sumqayıtın 4-cü mikrorayonu ərazisində qeydə alınıb. Bildirilir ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində tüfeyli geyimində olan şəxs və ya şəxslər iki qardaşı götürüb aparıblar.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Trend-in sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatlar həqiqəti əksd etdirmir: "Sumqayıt şəhərində belə bir hadisə olmayıb. Məlumat həqiqətə uyğun deyil, əsassızdır. idaillar yoxlanılıb təsdiqini tapmayıb".

AİA.Az
Geri dön