Ana Sayfa > Media > YAP Sabirabad rayon təşkilatının rəhbərliyi və fəalları şəhidmizin məzarını ziyarət edib

YAP Sabirabad rayon təşkilatının rəhbərliyi və fəalları şəhidmizin məzarını ziyarət edib


24-09-2021, 20:27. Yazar: admen
YAP Sabirabad rayon təşkilatının rəhbərliyi və fəalları şəhidmizin məzarını ziyarət edib

Bugün Sabirabadın Qaratəpə kəndindən olan Azərbaycanın Milli qəhramanı, I Qarabağ şəhidi Mübariz Əhmədovun şəhidlik zirvəsinə ucaldığı gündən 29 il ötür. Bu münasibətlə YAP Sabirabad rayon təşkilatının rəhbərliyi və fəalları şəhidmizin məzarını ziyarət edib, dualar oxumuş və məzarı önünə tər gül çiçək dəstələri düzmüşlər.

Xatırladaq ki, Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Əhmədov Mübariz Əlizadə oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Sabirabad rayonunun Qaratəpə kəndindəki Şəhidlər xiyabanında dəfn edilmişdir. Sabirabad rayonunda büstü qoyulmuşdur.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

AİA.Az
Geri dön