Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Azərbaycanda 1 128 nəfər COVID-19-a yoluxub, 21 nəfər ölüb
Azərbaycanda 1 128 nəfər COVID-19-a yoluxub, 21 nəfər ölüb24-09-2021, 16:54. Yazar: sevinc1 |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 128 yeni yoluxma faktı qeydə alınıb, 2 590 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 478 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 446 643 nəfər müalicə olunaraq sağalıb, 6 415 nəfər vəfat edib, aktiv xəstə sayı 25 657 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 505, ötən müddət ərzində isə ümumilikdə 4 802 229 test aparılıb. aia.az Geri dön |