Ana Sayfa > Karusel / Siyasət > İran-Azərbaycan-Türkiyə XİN rəhbərləri görüşür

İran-Azərbaycan-Türkiyə XİN rəhbərləri görüşür


23-09-2021, 14:26. Yazar: sevinc1
İran-Azərbaycan-Türkiyə XİN rəhbərləri görüşür

Nyu Yorkda Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında görüş olub.

Bu məlumatı “Tasnim” agentliyi yayıb.

Məlumata görə, tərəflər Tehranda İran, Azərbaycan və Türkiyə XİN liderlərinin görüşünün keçirilməsi barədə razılaşıblar.

İranlı nazir regionda yeni hadisələrin baş verdiyini və buna görə də ölkələr arasında nizamlı konsultasiyalara ehtiyac olduğunu deyib.

AİA.Az
Geri dön