Ana Sayfa > Şou-biznes > “Onların hamısı haramzadədir“

“Onların hamısı haramzadədir“


23-09-2021, 11:00. Yazar: sevinc1
“Onların hamısı haramzadədir“

Saxta pasport alanların hamısı haramzadədir".

Bunu yenisabah.az-a açıqlamasında Xalq artisti Bilal Əliyev bildirib.

Sənətçi qeyd edib ki, özünə peyvənd vurdurub, başqalarını da vaksinasiyadan yayınmamağa çağırıb:

"Pul verib saxta pasport alanlar hamısı yanlış fikirdədilər. Hamımız bilirik ki, bütün dünyanı cənginə alan bir virusla üz-üzəyik. Zaman-zaman belə xəstəliklər dünyada olub və ona çarə tapıblar. İndi də koronavirus var, ona qarşı da alimlər, müdriklər bir araya gələrək vaksin hazırlayıblar. Vaksin elə bir şeydir ki, insan bədənində həm immunitet yaradır, həm də xəstəliyin başqalarına keçməsinə imkan vermir. Buna görə də, vaksinasiya hər kəs üçün vacib məsələdir. Ola bilər ki, məni də bu sözümə görə tənqid atəşinə tutsunlar ki, özün peyvənd vurdurmusan? Bəli, vurduran ilk şəxslərdən biri oldum".

O, insanların vaksini vurdurma qorxusunun yanlış olduğunu deyib və öz təcrübəsini bölüşüb:

"Bəzən insanlar qorxurlar, amma qorxulası heç nə yoxdur. Düzdür, əks təsirlər məndə də oldu. Bunları da deməklə, səmimi olmaq lazımdır. Vaksini vurdurandan sonra kürəyimdə ağrılar oldu. Ağrı başlayanda krem çəkdim, massaj etdirdim, banka qoydurdum. Belə hal yaşananda gərək tez üstünə düşəsən ki, damarlar yumşalsın, əks halda, ürəyə müəyyən təsiri ola bilər.

Mən öz təcrübəmi insanlarla bölüşürəm və deyirəm ki, mütləq ağrı başlayan kimi tədbir görün. Vaksindən sonra sağlam qidalanmağa diqqət yetirdim, sulu yeməklər, göyərti, meyvə-tərəvəzi çox yedim, vitamin C istifadə etdim. İnsanlara da tövsiyə edirəm ki, qidalarına fikir versinlər və mütləq vaksini vurdursunlar. Hamı vaksin vurdurmalıdır ki, xəstəlik ölkəmizdən uzaq olsun.

Saxta pasport alanların hamısı haramzadədir. Özləri-özlərini aldadırlar. Bəzən deyilər ki, filankəs vaksin vurdurmuşdu, amma öldü. Kiminsə qaraciyəri, böyrəkləri, yaxud digər orqanları sıradan çıxıbsa, xəstədirsə, özü də immunitetini qaldırmırsa, yeməyinə fikir vermirsə, buna vaksin nə etsin? Vaksin vurdurmaqla hər şey düzəlmir ki... Hər şeyi vaksinin boynuna yıxıb, "vaksindən sonra öldü" demək düzgün deyil.

İnsanlara ən vacib məsləhətim odur ki, bacardıqları qədər açıq havada olsunlar. Bütün günü evdə oturmaq olmaz. Yemək yeyəndən sonra havaya çıxıb gəzmək lazımdır. Qapalı ofislərdə tez-tez pəncərəni açmaq, otağı havalandırmaq lazımdır. Hər gün fiziki hərəkət etmək lazımdır. Bədəndə qan dövranını artırmaq lazımdır, hərəkət etmək qanı durundur, bu zaman xəstəlik bizdən uzaq olar".

AİA.Az
Geri dön