Ana Sayfa > Siyasət > ABŞ dövlət katibinin müavini Azərbaycana təşəkkür edib
ABŞ dövlət katibinin müavini Azərbaycana təşəkkür edib23-09-2021, 12:58. Yazar: sevinc1 |
![]() ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Azərbaycana təşəkkür edib. Trend-in məlumatına görə, V.Nuland tvitterdəki hesabında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşə şad olduğunu yazıb. Dövlət katibinin müavini ABŞ-ın Əfqanıstandan təxliyə səylərinin reallaşmasının Azərbaycan tərəfindən dəstəklənməsinə görə ölkəmizə təşəkkürünü bildirib. Qeyd edək ki, sentyabrın 21-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində V. Nuland və C.Bayramov arasında görüş keçirilib. aia.az Geri dön |