Ana Sayfa > Ölkə > Bakıda tıxac olan yolların

Bakıda tıxac olan yolların


23-09-2021, 09:00. Yazar: sevinc1
Bakıda tıxac olan yolların

Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.

Bu barədə aia.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, paytaxtın Alı Mustafayev küçəsi - 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində, Ziya Bünyadov prospekti - Abdulvahab Salamzadə küçəsi tunelin içi və kənar yol-hər iki istiqamətdə, Rəşid Behbudov küçəsi - Xəqani küçəsi ilə kəsişmədən Mərkəzi Bankın qarşısına qədər sıxlıq müşahidə edilir.

Eyni zamanda Bakı-Sumqayıt şosesi - şəhər istiqamətində, Babək prospekti - Yusif Səfərov küçəsi istiqamətində, Mikayıl Hüseynov prospekti - Azneft dairəsi istiqamətində, Heydər Əliyev prospekti - orta və kənar yol Atletlər kəndinin qarşısı mərkəz istiqamətində, Koroğlu Rəhimov küçəsi - Həsən Əliyev küçəsi istiqamətində sıxlıq var.

aia.az
Geri dön