Ana Sayfa > İqtisadiyyat > 500 avroluq əskinazlar dövriyyədən çıxarılır
500 avroluq əskinazlar dövriyyədən çıxarılır2-05-2016, 13:53. Yazar: admin |
Avropa Mərkəzi Bankı (ECB) müvafiq qərar qəbul edilmədən 500 avroluq əskinazların toplanılmasına başlayıb. Aia.az report-a istinadən bildirir ki, dövriyyədən 500 avroluq əskinazların yığışdırılması prosesi ətrafında diskussiyalar bir neçə aydır davam edir. Bununla bağlı rəsmi qərar qəbul edilməsə də, mayın 4-də ECB-nin bu məsələ ilə əlaqədar xüsusi iclas keçirəcəyi bildirilir. Lakin ECB-nin statistik hesabatından məlum olub ki, dekabr ayından etibarən dövriyyədə olan 500 avroluq banknotların sayı artıq azalmağa başlayıb. Belə ki, hesabata görə, dekabr-mart ayları ərzində banknotların sayı 3,1% azalaraq 613 559 542-dən 594 417 006-ya düşüb. Beləliklə, ECB təxminən 20 mln. ədəd, yəni 10 mlrd. avroluq əskinazları dövriyyədən çıxarıb. ECB-nin 500 avroluq əskinazları dövriyyədən çıxarmasının əsas səbəbi banknotların kriminal dairələrdə geniş istifadə olunması ilə bağlıdır. Aia.az Geri dön |