Ana Sayfa > Gündəm > Qazax sakininin minaya düşməsi ilə bağlı cinayət işi başlandı
Qazax sakininin minaya düşməsi ilə bağlı cinayət işi başlandı22-09-2021, 14:52. Yazar: sevinc1 |
22 sentyabr 2021-ci il tarixdə Ermənistanla sərhəd olan Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində təmir işləri aparan zaman 1988-ci il təvəllüdlü Məmməd Mərdanov idarə etdiyi traktorla tank əleyhinə minaya düşməsi nəticəsində ölüb. Qazax Rayon Prokurorluğundan aia.az-a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Hazırda istintaq davam edir. aia.az Geri dön |