Ana Sayfa > Gündəm > May ayında qeyri-iş günlərinin sayı məlum oldu

May ayında qeyri-iş günlərinin sayı məlum oldu


2-05-2016, 13:35. Yazar: admin



May ayında 9 may Qələbə Günü və 28 may Respublika Günü ilə əlaqədar qeyri-iş günlərinin sayı məlum olub. Bu il 9 may bazar ertəsinə, 28 may şənbə gününə təsadüf edir.

28 may şənbə gününə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 30 may qeyri-iş günü olacaq.

Beləliklə, may ayında ümumilikdə, 9 may Qələbə Günü və 28 may Respublika Günü ilə əlaqədar 2 gün qeyri-iş günü olacaq.

Əmək Məcəlləsinə əsasən, bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur.

Aia.az
Geri dön