Ana Sayfa > Siyasət > AŞ PA-da İkinci Qarabağ Müharibəsinin ildönümündə onun fəsadları müzakirə olunacaq
AŞ PA-da İkinci Qarabağ Müharibəsinin ildönümündə onun fəsadları müzakirə olunacaq21-09-2021, 16:45. Yazar: sevinc1 |
![]() İkinci Qarabağ Müharibəsinin humanitar fəsadları Avropa Şurası Parlament Assmableyasının (AŞ PA) payız sessiyasında müzakirə olunacaq. Trend-in məlumatına görə, müzakirələr sentyabrın 27-də İkinci Qarabağ Müharibəsinin başlanmasının ildönümündə debat formasında keçiriləcək. Qeyd edək ki, AŞ PA-nın payız sessiyası sentyabrın 27-dən 30-dək hibrid formatda keçiriləcək. Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinə son qoymuş İkinci Qarabağ Müharibəsi 44 gün, sentyabrın 27-dən noyabrın 10-u, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanat imzalamasınadək davam etmişdi. aia.az Geri dön |