Ana Sayfa > Siyasət > Baş nazir Əli Əsədov “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru ilə görüşüb

Baş nazir Əli Əsədov “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru ilə görüşüb


21-09-2021, 15:37. Yazar: sevinc1
Baş nazir Əli Əsədov “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 21-də “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim ilə görüşüb.

Nazirlər Kabinetindən aia.az-a bildirilib ki, görüşdə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin inkişafından məmnunluq ifadə edildi.

“DP World” şirkətinin Azərbaycanda nəqliyyat, logistika və digər sahələrdə fəaliyyətinin perspektivləri müzakirə olundu.

aia.az
Geri dön