Ana Sayfa > Karusel / Gündəm > Prokurorluq Ağdamda minaya düşən şəxslə bağlı
Prokurorluq Ağdamda minaya düşən şəxslə bağlı21-09-2021, 10:02. Yazar: sevinc1 |
![]() Prokurorluq Ağdamdakı mina partlayışı ilə bağlı məlumat yayıb. Rayon prokurorluğundan aia.az-a daxil olan məlumatda deyilir: "21 sentyabr 2021-ci il tarixdə saat 01 radələrində Ağdam rayonunun Qərvənd kəndi ərazisində təmir işləri aparan zaman “Körpü-Bina-Tikinti” MMC-yə məxsus ekskovator yükləyici traktor ilə sürücü 1972-ci il təvəllüdlü Zəfər Ağayevin tank əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti alıb. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır. aia.az Geri dön |