Ana Sayfa > Dünya > Səmra Rəhimli ermənini geridə qoydu - FOTO

Səmra Rəhimli ermənini geridə qoydu - FOTO


2-05-2016, 11:54. Yazar: admin



"Eurovision 2016" təmsilçimiz Səmra Rəhimlinin "Miracle" mahnısının "Youtube" kanalında izlənmə sayı 3 milyonu keçib.

Aia.az axşam.az-a istinadən bildirir ki, sevincini sosial şəbəkədəki izləyiciləri ilə bölüşən müğənni "Böyük xəbər! Mahnımız 3 milyon oldu. İnanmağı dayandırma. Bizim növbəti dayanacağımız 5 milyondur" deyə, bildirib.

Qeyd edək ki, Azərbaycan bununla erməni təmsilçisini də geridə qoyub. Belə ki, "Eurovision"ın rəsmi "Youtube" kanalında Səmra Rəhimlinin mahnısı beşinci, İveta Mukuçyan isə altıncı yerdədir.


Aia.az
Geri dön