Ana Sayfa > Karusel / Gündəm > Metro qatarda problem yaranıb, 10 dəqiqədən çox yubanma olub
Metro qatarda problem yaranıb, 10 dəqiqədən çox yubanma olub20-09-2021, 13:55. Yazar: sevinc1 |
Bakı metrosunda xəttə verilmiş sınaq qatarında nasazlıq yaranıb. Bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, qatarda problem olduğu üçün "Memar Əcəmi" stansiyasında xəttə köməkçi qatar buraxılıb: Sınaq qatarından sərnişinlər düşürülüb və qatar xətdən çıxarılıb. Ümumən iki qatar arasında 12 dəqiqə yubanma olub". aia.az Geri dön |