Ana Sayfa > Manşet / Gündəm > Azərbaycan və Türkiyə qırıcıları Bosfor boğazı üzərində uçuşlar keçirib
Azərbaycan və Türkiyə qırıcıları Bosfor boğazı üzərində uçuşlar keçirib20-09-2021, 13:54. Yazar: sevinc1 |
![]() Bu gün Bakı vaxtı ilə saat 12:00-12:30-da Bosfor boğazı üzərində Azərbaycan və Türkiyə qırıcıları salamlama uçuşları keçirib. aia.az-ın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib. Uçuşda Türkiyə HHQ-yə məxsus F-16, F-4 və Azərbaycan HHQ-yə aid 2 ədəd MiQ-29 qırıcı təyyarələri olmaqla ümumilikdə 15 təyyarə iştirak edib. Qeyd edək ki, sentyabrın 21-də İstanbulda "Texnofest-2021" festivalı çərçivəsində Azərbaycan və Türkiyə hərbi təyyarələri nümunəvi uçuşlar həyata keçirəcək. Uçuşlarda Türkiyənin "Türk ulduzları" və "Solotürk" F-16 qrupları ilə yanaşı, Azərbaycan Hərbi Hava Qüvvələrinin iki MiQ-29 qırıcıları iştirak edəcək. aia.az Geri dön |