Ana Sayfa > Ölkə > Çörək əvvəlki qiymətinə qaytarıldı
Çörək əvvəlki qiymətinə qaytarıldı17-09-2021, 17:38. Yazar: sevinc1 |
![]() Azərbaycanda çörəyin qiymətini artıran şirkətlər sabahdan köhnə qiymətə qayıdacaqlar. Bu barədə Oxu.Az-a “Nömrə 1” çörək firmasının satış müdiri Rahim Nizaməddinov məlumat verib. O bildirib ki, çörəyin satış qiyməti aşağı salınıb. “Bəzi çörəklərimiz 5, bəziləri isə 10 qəpik bahalaşmışdı. İndi biz onların qiymətini əvvəlki vəziyyətə qaytardıq”, - o bildirib. Qeyd edək ki, son günlər ölkədə bəzi firmalar tərəfindən çörəyin qiyməti növündən asılı olaraq 5-10 qəpik artırılıb. Çörəyin qiymətində artım edən digər şirkətlər də sabahdan satışı əvvəlki qiymətlərlə həyata keçiriləcək. aia.az Geri dön |