Ana Sayfa > Gündəm > Azərbaycanla Serbiya arasında sosial müdafiə sahəsində sənəd təsdiqlənib

Azərbaycanla Serbiya arasında sosial müdafiə sahəsində sənəd təsdiqlənib


16-09-2021, 15:03. Yazar: sevinc1
Azərbaycanla Serbiya arasında sosial müdafiə sahəsində sənəd təsdiqlənib


Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Serbiya Respublikasının Əmək, Məşğulluq, Veteranlar və Sosial İşlər Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında fərman imzalayıb.

Trend-in məlumatına görə, fərmanda qeyd edilir ki, 2021-ci il iyulun 6-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Serbiya Respublikasının Əmək, Məşğulluq, Veteranlar və Sosial İşlər Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində Anlaşma Memorandumu” təsdiq edilsin.

Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Serbiya Respublikası Hökumətinə bildiriş göndərəcək.


aia.az
Geri dön