Ana Sayfa > Ölkə > Hava şəraiti kəskin dəyişir -

Hava şəraiti kəskin dəyişir -


15-09-2021, 17:18. Yazar: sevinc1
Hava şəraiti kəskin dəyişir -


Bakıda və Abşeron yarımadasında sentyabrın 16-sı axşamdan 17-si günün ikinci yarısınadək şimal-qərb küləyi əsəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən aia.az-a verilən məlumata görə, küləyin 15-18 m/s, arabir 20 m/s, gecə və səhər arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında isə sentyabrın 17-si səhərdən 18-i gündüzədək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.

Sentyabrın 16-sı axşam və 17-də qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

aia.az
Geri dön