Ana Sayfa > Siyasət > Bakının azad edilməsi Azərbaycan-Türkiyə qardaşlığını əks etdirən özəl bir gündür -
Bakının azad edilməsi Azərbaycan-Türkiyə qardaşlığını əks etdirən özəl bir gündür -15-09-2021, 11:52. Yazar: sevinc1 |
![]() Xarici işlər naziri Ceyhun Bayramov 15 sentyabr 1918-ci ildə Bakının işğaldan azad edilməsi ilə bağlı “twitter” səhifəsində paylaşım edib. aia.az-ın məlumatına görə, nazir qeyd edib ki, 15 sentyabr 1918-ci ildə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsi Azərbaycan və Türkiyənin tarixə dayanan qardaşlığını, birliyini, çətin gündə dəstəyini əks etdirən özəl bir gündür: "Şəhidlərimizi dərin hörmətlə anırıq!" Qeyd edək ki, bu gün Bakının bolşevik-daşnak işğalından azad edilməsindən 103 il ötür. 1918-ci ilin məhz bu tarixində tərkibində Azərbaycan Korpusu da olan Qafqaz İslam Ordusu Bakıya daxil olaraq şəhəri bolşevik-daşnak qüvvələrinin işğalından azad edib. aia.az Geri dön |