Ana Sayfa > İdman > Qurban Qurbanov: "İmkan vermirsiz anamla danışam..."

Qurban Qurbanov: "İmkan vermirsiz anamla danışam..."


1-05-2016, 22:44. Yazar: admin
Qurban Qurbanov: "İmkan vermirsiz anamla danışam..."







Azərbaycan Premyer Liqasının XXXII turunda "Zirə" doğma meydanında "Qarabağ"a 2-0 hesabı ilə məğlub olub.

Oyunsonrası mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib:

- Qələbə yaxşı oyunla gələndə daha şirin olur. Məncə, bu gün yaxşı oyun göstərdik. Futbolçuların hər birini təbrik edirəm. Ardıcıl üçüncü il çempion olduq. Bu çempionluq münasibətilə bütün qarabağlıları təbrik edirəm. Əsgərlərimizə "sağ ol" deyirəm ki, torpaqlarımızı qoruyurlar. Səhv etmirəmsə, bu, "Zirə"nin evdəki ilk məğlubiyyəti idi. Çempionluq öz yerində, daha çox oyundan həzz aldım.

- Bu mövsümdə sizin üçün ən çətin oyun hansı oldu?

- Hər oyun bizim üçün çətin idi. Məsuliyyət çox idi. Çempionluğa oynadığımızdan, futbolçularda xal itirmək qorxusu həmişə olur. Demək olar, asan oyunumuz olmadı.

- Hazırlıq dövrünü necə keçirməyi planlaşdırırsız?

- Hazırlıq dövründə ən azı 3 yoxlama oyunu keçirməyi planlaşdırırıq.

- Çempionluq kubokunu cəbhə bölgəsinə aparmaq barədə düşünmürsüz ki?

- Bu barədə düşünürük. Ancaq bunun üçün komandirlərin razılığı lazımdı. Bir dəfə Ağdamda olmuşduq. Bizim üçün bunu etmək çox asandı. Ancaq bu məsələ bizim səviyyəmizdə həll edilmir. Bu, hərbçilərin işdidi. Biz həmişə əsgərlərimizin yanındayıq.

- Sizdən qabaq "Neftçi" 3 il ardıcıl çempion olsa da, sonradan bu komandada eniş dövrü başladı. Sizdə də eyni tendensiyanın təkrarlanacağından qorxmursuz ki?

- Biz həmişə qorxuruq. Bu, istənilən komandanın başına gələ bilər. Bu barədə həmişə düşünürük. Ancaq üzərimizə düşən işi layiqincə yerinə yetirməyə çalışırıq. Qismətimizdə nə varsa, o da olacaq.

- Cəmi 44 yaşınız olsa da, 3 dəfə çempion olmusuz. Bu uğurlara sizi motivasiya edən nədi?

- Hər bir insan öz işində peşəkar olmalıdı. Hər şeydən əvvəl düzgün olmalıyıq. Belə olduğu halda, işimiz də düzgün olar. Çalışırıq ki, uğur bizi çaşdırmasın. Mən bir məşqçi olaraq daim özümü idarə etməyi bacarmalıyam. Üzərimə böyük məsuliyyət düşür. İnsan öz insani keyfiyyətlərini yüksəldirsə, uğur qazanmaq mümkündü.

- Hamı "Qarabağ"dan Çempionlar Liqasının qrup mərhələsinə düşməyi tələb olunur...

- Futbolda həmişə istədiyin olmur. Biz çalışırıq ki, komanda öz oyununu təkmilləşdirsin. Qismətimizdə nə varsa, o da olacaq.

- Nə vaxtsa xaricdə çalışmağı düşünürsüz?

- Mən bu komandadyam. Düzünə qalsa, həmişə Azərbaycanda, öz ölkəmiz üçün çalışmaq istəmişəm. O ki qaldı ölkə xaricində çalışmağa, bəlkə gələcəkdə o səviyyəyə çatdıq. Bəlkə də heç çata bilməyəcəyik. Bizi kiçik futbol ölkəsi kimi tanəıyırlar. Buna görə də, burdakı məşqçilərə maraq azdı.

- Şenol Günəş azərbaycanlı jurnalistlərə açıqlamasında "Qarabağ"la oynamaq istədiyini demişdi...

- Belə komandayla qarşılaşmaq bizim üçün xoş olar. Bilmək olmaz, bəlkə avrokuboklarda qarşılaşdıq. Şenol Günəş həmişə mənim sevimli məşqçim olub. Türkiyədə "Beşiktaş"a azarkeşlik edirəm.

- Açıqlamalarınızın birində oyunlar zamanı sizdən çox ananızın həyəcan keçirdiyini demişdiz. Bu oyundan sonra onunla əlaqə saxlamısız?

- Bəli, elədi. Anam həmişə bizim oyunlarımızda çox həyəcanlanır. Ancaq bu oyundan sonra hələ ki, əlaqə saxlamamışam

aia.az
Geri dön