Ana Sayfa > Gündəm > Bu il 2 ton 628 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb -
Bu il 2 ton 628 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb -14-09-2021, 16:35. Yazar: sevinc1 |
![]() Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən ölkə ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyatlar nəticəsində təkcə bu il 2 ton 628 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Bunu Trend-ə açıqlamasında DİN-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. O bildirib ki, həmin narkotik vasitələrin 224 kiloqramı psixotrop maddə, 1 ton 421 kiloqramı isə heroin, həşiş və tiryək kimi güclü təsiredici vasitədir: "Həmçinin, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 1 ton 250 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb ki, onlardan 913 kiloqramı güclü təsiredici, 135 kiloqramı isə psixotrop maddələrdir". aia.az Geri dön |