Ana Sayfa > Ölkə > Gədəbəyə dolu düşüb

Gədəbəyə dolu düşüb


14-09-2021, 11:31. Yazar: sevinc1
Gədəbəyə dolu düşüb


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 14-ü saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti nisbətən sabit olub, əsasən yağmursuz keçib.

Hidrometeoroloji Proqnozlar Bürosundan aia.az-a verilən məlumata görə, Şəmkir, Daşkəsən, Gədəbəy, Zaqatala, Gəncə, Şəkidə şimşək çaxıb, qısamüddətli yağış yağıb, Şəmkirdə düşən yağışın miqdarı 2.0 mm olub.

Sentyabrın 13-ü axşam saat 22:30 radələrində Gədəbəy rayonunun dağlıq ərazilərinə diametri 6-8 mm olan xırda dənəli dolu düşüb.

aia.az
Geri dön