Ana Sayfa > Gündəm > Ermənistanda təlim zamanı bir hərbçi ölüb, digəri yaralanıb
Ermənistanda təlim zamanı bir hərbçi ölüb, digəri yaralanıb14-09-2021, 11:02. Yazar: sevinc1 |
Ermənistanın cənub-qərbində təlimlər zamanı bir hərbçi həlak olub. Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə ölkənin Müdafiə nazirliyi bildirib. Nazirliyin açıqlamasına görə, hərbçi döyüş xidməti qaydalarının pozulması nəticəsində həyatını itirib. Daha bir nəfərin yaralandığı deyilir. Yerli KİV-lərin məlumatına əsasən, bu hadisəni törətməkdə şübhəli bilinən şəxs aşkar edilib. Hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır. aia.az Geri dön |