Ana Sayfa > Ölkə > Daha iki müəssisədə pozuntular aşkarlanıb
Daha iki müəssisədə pozuntular aşkarlanıb13-09-2021, 17:55. Yazar: sevinc1 |
![]() Monitorinqlər zamanı 2 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Bu barədə aia.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Məlumata görə, sentyabrın 12-də ölkə üzrə 399 ictimai iaşə obyektində 677 monitorinq keçirilib. Monitorinqlər zamanı 2 müəssisədə aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır: 1. Bakı şəhəri, Səbail rayonu, X. Rza küç., ev 3 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Asim Zülfüqar oğluna məxsus "Albion Pub" pivə evi; 2. Bakı şəhəri, Nərimanov rayonu, Z. Bünyadov küçəsi 86B ünvanında yerləşən, fiziki şəxs Əzizli Rüstəm Elman oğluna məxsus “Riva İn” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran. aia.az Geri dön |