Ana Sayfa > Siyasət > Milli Məclis Türkiyə ilə Azərbaycan arasında xüsusi təyinatlılarla bağlı sənədi müzakirə edəcək
Milli Məclis Türkiyə ilə Azərbaycan arasında xüsusi təyinatlılarla bağlı sənədi müzakirə edəcək13-09-2021, 16:30. Yazar: sevinc1 |
![]() Milli Məclisdə “Azərbaycan Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıların təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” qanunun layihəsi müzakirəyə çıxarılır. Trend-in məlumatına görə, bununla bağlı sənəd parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sentyabrın 16-da keçiriləcək iclasında müzakirə ediləcək. Toplantıda, həmçinin Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2021-ci il yaz və növbədənkənar sessiyaları dövründə gördüyü işlər barədə hesabatı və komitəsinin 2021-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı da müzakirə olunacaq. AİA.AZ Geri dön |