Ana Sayfa > Karusel / Gündəm > Akif İslamzadə Ağdama niyə getməyib?
Akif İslamzadə Ağdama niyə getməyib?13-09-2021, 12:03. Yazar: sevinc1 |
İşğaldan azad olunmuş ərazilərə indiyə qədər səfər etməyənlərdən biri də əslən Ağdamdan olan böyük sənətkar Akif İslamzadədir. Bununla bağlı Kult.az-a danışan Akif İslamzadə bildirib ki, səfəri təşkil edənlər də, həmin rayonlara gedənlər də azərbaycanlılardır: “Əsas odur ki, torpaqlarımız azad olunub. Qoy gənclər getsin, biz estafeti gənclərə vermişik”. O, azad olunmuş ərazilərimizə, eləcə də Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalına dəvət alıb-almaması ilə bağlı sualı şərh etmək istəmədiyini bildirib. Qeyd edək ki, Akif İslamzadənin anası, xalq artisti Sara Qədimova əslən Ağdam rayonunun Abdal-Gülablı kəndindəndir. aia.az Geri dön |