Ana Sayfa > Siyasət > "Cənub Qaz Dəhlizi" uzun müddət Avropanın enerji təhlükəsizliyini dəstəkləyəcək -

"Cənub Qaz Dəhlizi" uzun müddət Avropanın enerji təhlükəsizliyini dəstəkləyəcək -


10-09-2021, 13:40. Yazar: sevinc1
"Cənub Qaz Dəhlizi" uzun müddət Avropanın enerji təhlükəsizliyini dəstəkləyəcək -

Qarşıdakı onilliklər ərzində Avropanın enerji təhlükəsizliyini dəstəkləyəcək "Cənub Qaz Dəhlizi"nin tikintisinin başa çatması ilə əlaqədar Azərbaycanı təbrik edirəm.

Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litsenberger Qafqaz Regional Enerji Təhlükəsizliyi Simpoziumunun bağlanış mərasimində deyib.

O bildirib ki, ABŞ "Cənub Qaz Dəhlizi" layihəsini və bir çox Avropa ölkəsinə tədarükün genişləndirilməsi üzrə Azərbaycanın səylərini dəstəkləyir: "Bu, həm Avropa üçün, həm də Azərbaycan üçün müsbət haldır".

Qeyd edək ki, sentyabrın 6-dan 10-dək ADA Universitetində Avropa İttifaqı üzrə Bilik Mərkəzi, ABŞ Hərbi Dəniz Donanması Ali Məktəbi, NATO Enerji Təhlükəsizliyi Mərkəzi, “bp Azerbaijan” və SOCAR-ın birgə əməkdaşlığı ilə Regional Enerji Təhlükəsizliyi Simpoziumu keçirilib.

aia.az
Geri dön