Ana Sayfa > Karusel / Gündəm > Metroda qatarda problem yarandı, sərnişinlər boşaldıldı

Metroda qatarda problem yarandı, sərnişinlər boşaldıldı


10-09-2021, 09:53. Yazar: sevinc1
Metroda qatarda problem yarandı, sərnişinlər boşaldıldı

Bakı metrosunda qatarın hərəkətində nasazlıq yaranıb.

Qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib ki, metronun "Həzi Aslanov" stansiyası istiqamətində hərəkət edən qatar nasazlıq ehtimalı ilə təlimat tələbinə uyğun olaraq"Ulduz" stansiyasında dayanıb və sərnişinləri düşürdülüb:

"Qatar texniki baxış üçün "Neftçilər" stansiyasında dalan yoluna verilib. Əvəzinə xəttə ehtiyat qatar buraxılıb. Bu səbəbdən xətlərdə 3-4 dəqiqə yubanma olub".

aia.az
Geri dön